Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə narkotiklərlə mübarizə sahəsində 15 minə yaxın xüsusi əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qane bu əməliyyatların təfərrüatlarını açıqlayıb və bildirib ki, 8200 tona yaxın narkotik də təhlükəsizlik qüvvələrinin əlinə keçib. Bu müddət ərzində 8500-ə yaxın şübhəli həbs edilib, 834 emal müəssisəsi dağıdılıb,14 min hektar ərazi narkotikdən təmizlənib.
“2023-cü ildə narkomaniyaya qarşı 15 minə yaxın xüsusi əməliyyat keçirilib və bu istiqamətdə çox yaxşı nailiyyətlərimiz var”, deyə dövlət rəsmisi bildirib.
Stopnarkotik.az