NARKOTİKLƏ ƏLAQƏDAR HƏBS OLUNMUŞDU, YENƏ ƏLƏ KEÇDİ - Psixotrop tərkibli həblər satan şəxslər saxlanıldı

Abşeron və Sabunçu rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirlər zamanı 35 yaşlı Y.Quliyev və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı V.Əliyev saxlanılıblar. Onlardan 112 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az