Narkotiklə əlaqədar həbs olunan keçmiş məhbus yenidən ələ keçdi - BU DƏFƏ OĞURLUQ EDİB

Mayın 9-da metro stansiyalarının birinin keçidində yerləşən piştaxtadan 62 ədəd lotereya biletini oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.