Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova "saxla" işarəsi verilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda, sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ səkkiz ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.