Narkotikdən müvəqqəti imtina onu tərgitməyə kömək edirmi? - ARAŞDIRMA

Müvəqqəti olaraq marixuanadan imtina hansı təsiri göstərər? Bir çox insan marixuanaya alışqanlıq məsələsində özünəməxsus çözüm yolu icad edirlər. Onlar kannabisdən müvəqqəti imtina etməyi sınaqdan keçirməyə qərar verirlər.

Bu yöntəmin nə qədər effektiv olmasına gəlincə, ABŞ-da Kolorado Universitetinin Skeqqs Əczaçılıq və Əczaçılıq Elmləri Məktəbinin professoru Robert Peyc deyir ki, bunun nə qədər effektiv olduğuna dair çox az araşdırma var.

Marixuana istifadəçiləri ümid edirlər ki, müvəqqəti fasilə zamanı daha aşağı dozalarda yenidən ləzzət alacaqlar. Bununla belə, mövcud tədqiqatlar narkotikdən müvəqqəti imtinanın effektiv olub-olmaması sualına tam cavab vermir.

Araşdırmalar göstərir ki, marixuana istifadəsi infarkt, ürək çatışmazlığı və insult riskini artırır.

“Marixuana istifadəsi insanları infarkt və insult kimi risklərlə qarşılaşdırdığından, narkotik istifadəsini azaltmaq və ya müvəqqəti fasilə vermək yaxşı fikir kimi görünə bilər”, deyə Robert Peyc bildirir. Bununla belə müvəqqəti narkotikdən imtina da  müəyyən risklər daşıyır.

Müvəqqəti fasilə elə dönəmdir ki, narkotik aludəçiləri daha az marixuana istifadə etməklə eyni ləzzəti almaqğa çalışırlar və narkotikdən asılılığı da azaltmağa cəhd edirlər.

Bəs marixuana istifadəsində müvəqqəti fasilə hansı simptomlarla özünü biruzə verir?

Ən çox narahat edən simptomlar abstinensiya simptomlarıdır. Bu, insanların dərhal narkotiklərə geri dönüşünüə, hətta daha yüksək dozalarda narkotik istifadə etməyə başlamasına səbəb ola bilər. Kannabinoidlər yağda həll olduqları üçün bədəndə 3-4 həftə qalırlar. Həmçinin, insanların veyp yaxud marixuana çəkməyə başlama ehtiyacı da yüksəlir.

Dozanın yavaş-yavaş azaldılması ən yaxşı metoddur, çünki o, dozanı həm intervallar, həm də istifadə tezliyi baxımından azaldır. Və əgər kimsə yan təsirlərdən əziyyət çəkirsə və dozasını yenidən artırmağa meyllənirsə, o, dozanı daha yavaş sürətlə azaltmalıdır. Yəni narkotiki birdən birə dayandırmaq o qədər də mümkün görünmür. Doktor Peyc, “cəmiyyətin sağlamlığı baxımından çox dəstəklədiyim şeylərdən biri şəffaflıqdır ki, bu da marixuana istifadə edirsinizsə, həkimlə dürüst olmaqdır. Marixuananı tərgitmək istəyirsinizsə, bu barədə qərar qəbul etmək üçün birgə söhbət etmək çox vacibdir. Çünki marixuana asılılığı da reseptlə satılan digər dərmanlar kimi müalicə edilməlidir”, deyə fikrini yekunlaşdırır.

Stopnarkotik.az