Narkotik əməliyyatında 9 ton kokain ələ keçirildi

Boliviya yaxın zamanın ən böyük 9 tonluq kokain basqınını həyata keçirdiyini elan edib. Belə ki, Boliviya rəsmi orqanları ölkənin qərbindəki Oruro departamentindən rekord kokain müsadirə edildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, səlahiyyətlilər narkotiklərin yerli küçə dəyərinin 224 milyon dollar olduğunu və qeyri-leqal narkotik yükün yola salındığı Avropadakından təxminən iki dəfə çox olduğunu söyləyiblər.

Boliviya prezidenti Luis Arse sosial mediada etdiyi paylaşımda təqribən 9 tonluq kokainin ölkəsində indiyə qədər qeydə alınan ən böyük narkotik yükü olduğunu b ildirib. O, əlavə edib ki, narkotiklər yük maşınındakı taxta döşəmənin içində gizlədilib və çox güman ki, Hollandiyaya göndərilrmiş.  Yükün dəyəri təxminən 526 milyon dollar civarında təxmin edilirmiş. Rəsmilərin bildirdiyinə görə, əməliyyatda həmçinin doqquz reyd nəticəsində narkotik alverində şübhəli bilinən dörd nəfər də həbs edilib.

Stopnarkotik.az