Narkotik istifadə edən qadınların övladları da narkoman olur - ŞOK ARAŞDIRMA

ABŞ-ın bir sıra ştatlarında xəstəxanalar qanında narkotik olan yeni doğulmuş körpələrlə bağlı rəsmi qurumlara məlumat verilməsini dayandırır.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, səbəb belə açıqlanıb ki, bu cür məlumatlar cəmiyyətin afro-amerikan qisminə pis təsir edir. Ona görə də doğuşdan sonra uşağın qanında psixoaktiv maddələr aşkar edilərsə, bu zaman qəyyumluq orqanlarına yalnız o halda məlumat veriləcək ki, körpə zorakılıq və laqeydlik kimi amansız davranış riski altında olsun

Əvvəllər yeni doğulmuş körpədə bu cür maddələrin olmasının özü qəddar rəftar faktı hesb edilirdi və ailə haqda sosial təminat orqanlarına məlumat verilirdi. İndi isə bu qurumlar “əlavə əlamətlər” axtaracaqlar. Bunu onunla əsaslandırırdılar ki, eyni əlamət narkotik asılılığından müalicə olunan analar arasında da var. Bunun cəmiyyətin afro-amerikan təbəqəsi ilə nə əlaqəsi var? Rəsmi versiyaya görə, bu cür hallar daha çox "sosial ayrı-seçkiliyə”məruz qalan qaradərili anaları bir az da qınaq obyektinə çevirir, indi vəziyyəti düzəltməyi planlaşdırırlar.

Məsələnin əsas önəmli nöqtəsi isə bundadır ki, amerikalı hamilə qadınlar arasında opioidlərin doza həddinin aşılması həddən çox artıb. Və məsələnin pərdəarxasına nəzərə saldıqda, belə təəssürat yaranır ki, bunun arxasında qaradərili anaları qorumaqdan çox, onların özlərinin və övladlarının narkotik asılılığına qurşanması ilə qeyri-sağlam həyatın daha da tüğyan etməsinə və cəmiyyətin bu qisminin utilizasiyasına "könüllü" şərait yaramaq məqsədi durur.  

Stopnarkotik.az