Qətl törətməkdə təqsirləndirilən Emil Qulyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 4-nə təyin edilib.
Şikayət hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il azadlıqdan məhrum edilib.
Qeyd: 24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü E.Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncu aldığı xəsarətdən ölüb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
E.Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, hadisə narkotik üstə baş verib. E.Quliyev və A.Əliyev narkotik aludəçisi olublar. Məlumata görə, E.Quliyev A.Əliyevdən narkotik istəyib. A.Əliyev isə narkotik vasitəni ona pulla təklif edib. Tərəflər arasında yaranan mübahisə nəticəsində E.Quliyev A.Əliyevi bıçaqla qətlə yetirib./pravda.az