Seneqal donanması sahildən 240 mil məsfaədə üzən yüngül gəmini saxlayıb.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmi patrulun əmrinə tabe omadığı üçün silah tətbiq edilib. Lakin hərbi gəminin yaxınlaşdığını görən qaçaqmalçılar yükün bir hissəsini dənizə ata biliblər. Gəmidə 700 kq narkotik aşkar edilib. Gəmi heyətinin hamısı – 4 İspaniya vətəndaşı saxlanılaraq sahilə gətirilib.