SON DƏQİQƏ: Sumqayıtda ticarət mərkəzində yanğın - FOTOLAR / YENİLƏNİB-1

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***09:51

Sumqayıt şəhərində yerləşən "Jalə" ticarət mərkəzində baş vermiş yanğın çevik müdaxilə sayəsində qısa müddətdə məhdudlaşdırılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

***09:18

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

Stopnarkotik.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.