Narkotik bazarı necə tənzimlənir və alıcı kütləsi necə "tələyə salınır..."

Polşa fentanillə mübarizə üçün problemin həllini narkotikin reseptlərlə iki həftədə bir dəfə verilməsi müstəvisinə keçirib. Amma Avropada psixoaktiv maddələrin yayılmasına qarşı mübarizə baxımından vəziyyət qat-qat pisdir.

Stopnarkotik.az xəbər verir ki, kimya sənayesin inkişafı fonunda 1997-ci ildən 2023-cü ilə qədər olan dövrdə təkcə Aİ ölkələrində 960-dan çox yeni psixoaktiv maddənin yaranması və bazara çıxarılması qeydə alınıb. Bu cür məlumatlar hüquq-mühafizə orqanları tərəfindən qaçaqmalların ələ keçirilməsi, habelə xəstəxanalardan zəhərlənmələr və digər növ zərərlər barədə məlumatlarla izlənilir.

Hər bir ölkədə yeni dövriyyəyə buraxılan psixoaktiv maddələr özünəməxsus bazar təşkil edir və bu durum ayrı-ayrı bölgələr üçün tam fərqli nəticələrə gətirir. Bəzi yerlərdə narkotiklər pərakəndə şəkildə paylanaraq müvəqqəti olaraq bazara çıxarılır, bəzi yerlərdə isə daimi məhsula çevrilir. Üstəlik, alıcılar çox vaxt yeni və ya saxtalaşdırılmış bir şey istehlak etdiklərinin fərqində olmurlar. Üstəlik, alverçilərin özləri də bundan xəbərsiz olurlar, hətta malı satan kiçik dilerlər də vəziyyətdən hali deyillər.

Bu mənada Avropa İttifaqı ölkələri və onlarla birlikdə Böyük Britaniya indi psixoaktiv maddələrin yeni növlərinin meydana çıxmasının ən çox yayıldığı areala  çevrilib.

Bəs səbəb nədir?

Yerli mənbələr buna səbəb kimi bildirirlər ki, həm milli hökumətlərlə, həm də aristokrat ailələrlə əlaqəsi olan narkotik ticarəti edən qruplar fəallığı artıraraq gəlirlərini “şaxələndirməyə” çalışırlar.

Digər mühüm amil Əfqanıstandan opiat tədarükünün dayandırılması fonunda sintetik narkotiklərə tələbatın kəskin artmasıdır, burada yeni hökumət nümayəndələri xaşxaş sahələrinin məhv edilməsi ilə ciddi məşğul olurlar.

Stopnarkotik.az