NARKOTİK BANDASININ BAŞÇISI HƏBS EDİLDİ - Banda üzvləri isə qisas üçün polis idarəsini güllə yağışına tutdu

"Qüdrətli" kriminal dəstə olan "Los Lobos" narkotik bandasının liderini həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu şəxs  ölkənin narkotik alveri ilə məşğul olan ən güclü bandalardan birinin lideri sayılır.
Xayme Enrike SC kimi tanınan qorxulu "Los Lobos" bandasının başında duran şəxs bazar günü axşam Puerto Bolivarda avtomobil sürərkən polis tərəfindən tutulub. Maraqlıdır ki,  tapança və içində 13,500 dollar olan lüks avtomobildə saxlanılan Xayme Enrike SC polis bölməsinə aparılarkən, silahlı şəxslər yolda maneələr yaradıb və polisə atəş açıb, nəticədə bir polis zabiti yaralanıb. Polisə hücumla kifayətlənməyən narkobandanın silhalı şəxsləri həmin gecə polis idarəsini atəşə tutublar.

Stopnarkotik.az