Rusiyanın Sıktıvkar Şəhər Məhkəməsi polis məmurunu narkotik satıcılarına rəsmi məlumat ötürməkdə, habelə qadağan olunmuş maddələrin yayılmasında vasitəçilikdə ittiham edərək həbs edib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, nəqliyyat polisi əməkdaşı Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham olunur. O, aprelin 27-dək həbsdə qalacaq.
İstintaqın məlumatına görə, müttəhim hüquq-mühafizə orqanlarında vəzifə tutaraq onlayn mağazanın “işçilərinə” narkotik vasitələrin qanunsuz satışına köməklik edib.