Narkotacir olan əlil idmançı saxlanıldı - 20 KLİOQRAM NARKOTİKLƏ...

Polis əməkdaşları M7 Volqa şossesində İrkutsk vilayətinə 20 kq narkotik aparan İvan Neklyudovu saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, külli miqdarda narkotiklə ələ keçən İvan məşhur əlil basketbolçu imiş. 

32 yaşlı əlil idmançı “Honda Jade” markalı avtomobillə Nijni Novqoroddan İrkutsk bölgəsinə gedirmiş. Onu yoxlamaq üçün Kazanda stasionar keçid məntəqəsində saxlayıblar. Olduqca əsəbi idmançının avtomobilinə baxış zamanı 2-ci və 3-cü sıra oturacaqlarının arasında bağlamada 20 kq ağ toz aşkar edilib və ekspertiza üçün göndərilib. Ekspertiza bağlamanın içindəkilərin narkotik mefedron olduğunu göstərib. Qara bazarda bu partiyanın təxmini dəyərini 60 milyon rubldur.

Məlum olub ki, narkotik kuryeri onurğa sümüyü zədəsindən sonra birinci qrup əlil olub. O, “Spartak-Primorye” əlil basketbol komandasının oyunçusu və Rusiya çempionatının iştirakçısı olub.

Əlil basketbolçunun narkobandası bütün Sibir və Uzaq Şərqi mefedronla təmin edirmiş. Onlar Novosibirsk, Çita, Ulan-Ude, Xabarovskda işləyiblər. 32 yaşlı əlil İvan Neklyudov tutulduğu son yükü Nijni Novqorod bölgəsindən İrkutska (təxminən 5 min kilometr) qaçaqmalçılıq yolu ilə müxtəlif şəhərlərdə "Yeni il bağlamaları" qoyaraq keçirməyə çalışıb.

Stopnarkotik.az