Narkomanların 48%-nin uşaqlar olduğu Əfqanıstan/FOTOLAR

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra mütəmadi olaraq narkoreydlər keçirilir.

Stopnarkotik.az xəbər verir ki, bu göstəriş 2021-ci ildə verilib və genişmiqyaslı şəkildə “narkomanlardan təmizləmə” həyata keçirilir. Gecə saatlarında “narkotik polisi”nə çevrilən Taliban əsgərləri paytaxtın narkotikə bürünən kriminal aləminə basqınlar edirlər.
Narkoreydlər çərçivəsində əsasən Kabil körpülərinin altında, zibil qalaqlarının və çirkli su axınlarının ətrafında heroin, tiryək və metamfetamin aludəçisi olan yüzlərlə evsiz insan mühasirəyə alınaraq, onların saç və saqqalları qırxılır, məcburi şəkildə müalicə mərkəzlərinə aparılır. İşin maraqlı və maraqlı olduğu qədər də faciəli tərəfi budur narkotik aludəçilərinin 48%-i 15 yaşa qədər uşaqlardır.

Stopnarkotik.az