Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən polis rəisi, gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb.
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladaraq, narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, qəbul olunan dövlət proqramlarından bəhs ediblər.
Tədbir zamanı şagirdlərin narkotiklərin zərərli barədə çəkdikləri şəkillər də tədbir iştirakçılarına nümayiş etdirilib.
Görüşün sonunda isə narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az