Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə narkomaniyaya, erkən nikaha və dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov, narkotikin yaratdığı problemlərdən ətarflı söhbət açıb. Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirləri diqqətə çatdırıb. Erkən nikahın və dini radikalizmin zərərlərindən bəhs edilib, şagirdlərə mükəmməl təhsilə yiyələməyin vacib olduğu deyilib.
Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.
Stopnarkotik.az