"Narkomaniya və erkən nikahlara yox deyək!" - LERİKDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTO

Lerik Rayon Polis Şöbəsinin təçkilatçılığı ilə Mastail kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda məktəblilərlə görüş keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev, Rayon Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov və digərləri narkomaniyanın bütövlükdə bəşəriyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirmələri, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib. Narkomaniyaya qarşı dövlətimiz, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizədən danışılıb. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. 
Sonra müzakirə edilən mövzularla bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

**

Stopnarkotik.az