“Narkomaniya ilə uğurlu mübarizə ailədən başlayır” – ƏSƏD CAHANGİR

“Uşaqların qabiliyyəti vaxtında lazımi istiqamətə yönəldilməlidir”

“Məncə, narkomaniya ilə uğurlu mübarizə ailədən başlayır”. Bu fikirləri Stopnarkotik.az-a açıqlamasında tənqidçi-yazıçı Əsəd Cahangir bildirib. Onun fikrincə, normal insan yetişdirməyin əsasında sağlam ailə mühiti durur:

“İkincisi, məktəb bu işdə ailəyə dəstək verməlidir. Uşaqların qabiliyyəti vaxtında lazımi istiqamətə yönəldilməlidir. Yeniyetməni diqqətdən kənar qoyanda, onun qabilyyət və istedadına dəyər verməyəndə, o, küçənin pozucu təsiri altına düşur”.

Əsəd Cahangir hesab edir ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirici təbliğatla inzibati təzyiq vasitələri bərabər şəkildə istifadə olunmalıdir: “Həmçinin, qanunlar sərtləşdirilməlidir. Təəssüf ki, hazırkı qanunlar çərçivəsində narkotik istifadə edənləri cinayətkar deyil, sadəcə, xəstə hesab edirlər. Bu isə narkomaniyanın çiçəklənməsi uçun münbit zəmin yaradır”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az