Narkobaronun 15 nəfərlik ailəsi eks-həyat yoldaşı başda olmaqla təslim oldular

“Los Çapitos” - Sinaloa narkokartelinin başçısı, məşhur narkobaron “El Çapo” ləqəbli Xoakin Qusmanın keçmiş həyat yoldaşı, Qusman Lopesin anası Qriselda Lopes və ailənin 15 üzvü sərhəddə könüllü olaraq ABŞ hökumətinə təslim olublar.

Belə ki, Sinaloa kartelinin keçmiş lideri Ovidio Qusman Lopes ailəsi üçün siyasi sığınacaq istəyib. Ovidio özü artıq ikinci ildir ki, ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq edir və şahidlərin müdafiəsi proqramı altındadır.

İvan və Alfredo Qusman "El Çapo" ailəsinin hələ də azadlıqda olan son fəal üzvləri arasında qalırlar. Narkobaronun keçmiş həyat yoldaşı Qriselda Lopesi neçə illərdir ki, Amerika hüquq-mühafizə orqanları   təqib edir, şəxsi sanksiyalar tətbiq edir və onu Sinaloa kartelinə maddi dəstək verməkdə, El Çapoya sığınacaq verməkdə ittiham edir.

Qriselda Lopes Meksika mediasında 2023-cü ildə oğlu Ovidionun Meksika hərbçiləri tərəfindən tutulmasının qarşısını almağa çalışan qatillərin dəfni üçün pul ödəyən bir ailənin hörmətli anası kimi xatırlanır. 

Stopnarkotik.az

**