Narkobarona pasport verən iki nazir istefaya məcbur edildi – QALMAQAL

Uruqvayda narkobaron Sebastyan Marsetuya yeni pasport verilməsi qalmaqal yaradıb.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, öncə xarici işlər naziri Fransisko Bustilo, daha sonra daxili işlər naziri Luis Eber və nazir müavini Qilermo Masel məlum faktla əlaqədar istefa verib.

Uruqvay Prezidenti Luis Lakalye Pou istefaları qəbul etdiyini bildirib. Prezident deyib ki, cinayətkar fəaliyyətinə baxmayaraq Sebastyan Marsetuya pasport verilib. O, cinayət işi açılacağı təqdirdə istefa verən məmurların məhkəmədə şərəf və ləyaqətlərini qoruyacaqlarına inandığını vurğulayıb.

Stopnarkotik.az