Narkobaron Texasda həbs edildi

Başkəsənlik edən qəddar Kolumbiyalı bandanın ikinci komandiri bu həftə Texasda ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, “Los Satanas” bandasının ən yüksək vəzifəli başçılarından biri olan 29 yaşlı Aderbis Pirela çərşənbə axşamı Texas ştatının Nyu- Braunfels şəhərində həbs edilib. Pirela ən azı dörd qətl, qəsb və narkotik alverində ittiham olunduğu üçün Kolumbiyanın Boqota şəhərində axtarışa verilib.

Pirela Kolumbiyadan qaçaraq quldurluğu davam etdirmək üçün Mərkəzi Amerikadan keçərək ABŞ-Meksika sərhədinə getmişdi. O, San-Antonio ştatının Milli Təhlükəsizlik Xidmətinin əyalət və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməsi nəticəsində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin əlinə keçib.

Stopnarkotik.az