“Narcos” serialının xarizmatik obrazlarından biri olan “Qvadalaxar karteli”nin qurucularından biri Rafael Karo Kintero hazırda Amerika həbsxanasında olsa da, ailəsi hələ də narkobizneslə fəal məşğuldur.
Ailə o qədər böyükdür ki, əslində bir-biri ilə yola gedə bilməyən iki müstəqil narkomafiyaya bölünüb.
Stopnarkotik.az xəbər verir ki, birinci narkokartel “Kaborka Karteli”dir. Onun başında Rafaelin əmisi oğlu, “Pelo Çino” ləqəbli Xose Gil Karo Kintero və “El Kikil” ləqəbli oğlu durur.
Bu qrup ABŞ-a ən böyük kokain tədarükçülərindən biri hesab olunur və Cənubi Amerikadakı narkokartellərlə güclü əlaqələrə malikdir. Bundan əlavə, onlar “Quasave karteli” və “El Mayo” fraksiyasının liderləri ilə sıx əməkdaşlıq edirlər.
İkinci qrup isə Sinaloanın Badiraquato dağlarında yerləşən Tres Sitios Kartelidir. Bu təşkilata Rafaelin digər qohumları Xorxe, Benito və Enrike Karo Kontreras rəhbərlik edir. Hər üçü 1990-cı illərdən narkotik alveri ilə məşğul olublar və hazırda “Los Çapitos”un müttəfiqləri hesab olunurlar.
Stopnarkotik.az