Azərbaycanda yüksək maaşlı işlərin təklif edildiyi sahələr açıqlanıb.
Stopnarkotik.az xəbər verir ki, Oxu.az-ın araşdırmasına görə, elan saytlarında ən yüksək maaş təklif edən iş yerləri bunlardır:
- Maliyyə direktoru - 6 000 manat;
- Baş mühasib - 4 500 manat;
- Vergi direktoru - 4 500 - 6 000 manat;
- Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;
- Satış meneceri - 4 000 manat.
Səhiyyə sahəsində təkliflər isə müəssisələrə görə dəyişir: eyni ixtisas üzrə müəssisələr 600-2400 manat arasında maaş təklif edir.