Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq.
Stopnarkotik.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, yaz və payızda bəzi işləri daha rahat görmək olur: "Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesmi sürətləndiridməlidir”.