“Müharibə Novruz bayramınadək başa çata bilər” - RƏHİM SƏFƏVİ

ABŞ, İsrail və İran arasında münaqişə martın 21-nə qədər başa çata bilər.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi bildirib.

“Düşünürəm ki, bu müharibə Novruz bayramınadək başa çatacaq. Mənim fikrim belədir: əgər biz əməliyyatların fasiləsizliyini təmin etsək, ABŞ və İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməyəcək və onu uzun müddət davam etdirə bilməyəcəklər”, - o deyib.