"Məsələyə hüquqi qiymət veriləcək" - Polisin yeniyetməyə şiddət göstərdiyi video ilə bağlı DİN-dən AÇIQLAMA

Polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.