Məşhur narkobaronun düşmənləri Moskvada 570 kiloqram kokainlə tutuldu

Rusiyanın Moskva vilayətində FTX tərəfindən 570 kiloqram kokainlə saxlanılan əcnəbilərin məşhur kolumbiyalı narkobaron Pablo Eskobarla düşmənçilik edən narkokartelin üzvləri olduğu ortaya çıxıb.

Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, nümayəndələri Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan “Kali” karteli ABŞ bazarlarında Pablo Eskobarın “Medellin” karteli ilə rəqabət aparıb. Rəqabət müharibə ilə başa çatıb. Bu proseslər ən aydın şəkildə 80-90-cı illərdə özünü göstərib və hələ də davam edir.

Hətta bir dəfə Eskobarın göstərişi ilə “Kali”nin rəhbərini stadionda olarkən öldürməyə cəhd ediblər. Belə ki, həmin vaxt onun yerləşdiyi stenddə pulemyotdan atəş açılıb.