Moskva vilayətinin Ramenskoye şəhərində pilotsuz təyyarənin hücumu zamanı 46 yaşlı qadın həlak olub, daha 3 nəfər yaralanıb.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda 43 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərində yerləşdirilib.
Moskva meri Sergey Sobyanin sentyabrın 10-na keçən gecə Domodedovo, həmçinin Podolsk, Ramenski və Lyubertsı rayonlarında 12 pilotsuz təyyarənin vurulduğunu bildirib.