Hamburq Regional Məhkəməsi 43 yaşlı məmur Dennis W. adlı şəxsi 9 və 11 yaşlı ukraynalı oğlanlara qarşı cinsi təcavüzdə və uşaq pornoqrafiyası hazırladığına görə 8 il həbs cəzasına məhkum edib.
Stopnarkotik.az bildirir ki, bu barədə teleqram kanalları xəbər verib.
Ukraynada müharibə başlayandan sonra bu alman məmuru onların “müdafiəçisi” olacağını vəd edərək ailələrinin Almaniyaya qaçmasına kömək edib. Lakin o, daha sonra ailəni deportasiya ilə hədələyərək şantaj etməyə başlayıb. Bunu etməməyin müqabilində isə kişi uşaqlarla cinsi yaxınlıq tələb edib.
2022-ci ilin martından 2023-cü ilin aprel ayına qədər o, bir neçə dəfə avtomobilində bu uşaqlara təcavüz edib və bunu lentə alıb. Məsələn, bu şəxs uşaqlardan xahiş edib ki, ona masaj etsinlər. Oğlanlar imtina etdikdən sonra o, 11 yaşlı ukraynalı uşağa hədələyici məktublar yazmağa başladı. “Artıq burada sizə şad deyillər. Səni və ailəni deportasiya etmək gücüm var”, deyə mesajlarından birində yazılır. Məhkəmə prosesində məmur ittihamların əksəriyyətini etiraf edib, bunun sayəsində uşaqlar məhkəmədə ifadə verməyə məcbur olmayıblar.
Stopnarkotik.az