Məktəblərdə smartfonu qadağan edən qanun təsdiqləndi

Qazaxıstanda məktəblərdə smartfonların qadağan edilməsi 2023-cü ildən müzakirə masasında idi. Artıq bu barədə qanun layihəsi parlamentin senatında təsdiqlənib.

Stopnarkotik.az xəbər verir ki, senatın deputatları təhsil, mentorluq və uşaqların təhlükəsizliyi haqqında qanun layihəsinə düzəlişləri təsdiqləyiblər. Bu düzəlişlərdən biri dərs zamanı mobil telefondan istifadəni qadağan edir.

Bu norma yalnız dərslər zamanı məhdudiyyətlərə aiddir. Ümumiyyətlə, uşağın məktəbə mobil telefon gətirmək və fasilələrdə istifadə etmək hüququ var.

Bundan əlavə, qanun layihəsində uşaqların təhlükəsizliyinin təmin edilməsi, kimsəsiz uşaqlar üçün mentorluq institutunun tətbiqi və təhsil təşkilatlarının idarəetmə azadlığının genişləndirilməsi standartları öz əksini tapıb.

Stopnarkotik.az