Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən pedaqoji heyət və şagirdlərin sağlamlığı və təhlükəsizliyinə həssaslıqla yanaşılır. Bu istiqamətdə təhsil müəssisələrinin rəhbərlərinə mütəmadi olaraq müvafiq tapşırıqlar verilir.