18 yaşlı qızı valideynləri öldürüb.
Stopnarkotik.az milli.az-a istinadla xəbər verir ki, İtaliyada yaşayan pakistanlı qız əmisi tərəfindən boynu qırılaraq öldürülüb.
Saman Abbas adlı qızın qətlini valideynləri sifariş edib. Buna səbəb isə qızın əmisi oğlu ilə ailə qurmaq istəməməsi olub.
Qızın valideynləri Shabbar Abbas və Nazia Shaheen ömürlük azadlıqdan məhrum edilib. Onun əmisinə isə 14 illik həbs cəzası verilib.