Mingəçevirdə məktəblilərə “ağ ölüm”ün fəsadlarından danışılıb - FOTO

Narkomaniyaya qarşı mübarizədə təbliğat işlərini daha da gücləndirmək məqsədilə Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə şagirdlərlə növbəti görüş keçirilib.

Stopnarkotik.az xəbər verir ki, ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev görüşdə çıxış edərək narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıb. 
Həmçinin, çıxış edən digər qonaqlar da şagirdlərə tövsiyələr verərək hər zaman sağlam həyat tərzi sürmələrini və heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini onların diqqətinə çatıdırıblar.

**

**

**

Stopnarkotik.az