Məhkumun vaxtilə Balakəndə gizlətdiyi silah tapıldı

Məhkumun vaxtilə Balakəndə gizlətdiyi silah tapılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən verilən xəbərə görə, noyabrın 19-da PX-nin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd ov tüfəngi Balakən rayonu, Hənifə kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./apa