Nyu-York Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın “New York Times” qəzetinə qarşı 100 milyon dollar iddiasını rədd edib.
Məhkəmə əlavə olaraq eks-dövlət başçısını bu işə baxılması ilə bağlı bütün xərcləri ödəməsi barədə qərar çıxarıb.
2021-ci ilin sentyabrında açılan iddiada deyilir ki, qəzetin əməkdaşı keçmiş prezidentin qardaşı qızı Meri Trampı məxfilik müqaviləsi imzalamasına baxmayaraq, kasetləri vəkil otağından gizlicə çıxarıb qəzetə verməyə inandırıb.
Hakim Robert Rid Trampın ittihamlarını əsassız hesab edib. Çünki ABŞ Konstitusiyasının Birinci Düzəlişinə əsasən jurnalistlər mülki məsuliyyətdən qorxmadan qanuni və ənənəvi xəbər toplama fəaliyyətləri ilə məşğul olmaq hüququna malikdirlər.