Xəstəxanadakı partlayışda yaralanan həkimin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.

Partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim radioloq Asif Nəsirli ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumat üçün bildirək ki, Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə- profilaktika fakültəsində təhsil alıb.

2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinatura keçib.

2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışır.

Qeyd edək ki, hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırmalar davam edir.

Yaralanan həkimin fotosunu təqdim edirik:

**