Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Stopnarkotik.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.

Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.