Məhkəmə Köçəryan və ailə üzvlərinin bütün əmlakına həbs qoydu

Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin əmlakı, avtomobilləri, pul əmanətləri  qeyri-qanuni mənşəyinə görə müsadirə oluna bilər.

Stopnarkotik.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Antikorrupsiya Məhkəməsi bununla bağlı müvafiq addımlar ata bilər.

Belə ki, məhkəmə Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub.

Qeyd olunub ki, söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, hətta erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.