05.07.2024-cü il tarixində saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.
Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.
***08:44
Tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Meyxanaçının uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, E. Valeh bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü.