Metroda atəş açan azərbaycanlı kişi saxlanıldı - VİDEO

Moskva metrosunda 75 yaşlı kişi şaurmaya görə atəş açıb.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, münaqişə səhər saat 5-də Ryazanski prospekti ərazisindəki fast food obyektində baş verib. Kamran Qarayevlə dadlı şirniyyatların satıcısı Nazim Musayev mübahisə edib. Yaşlı adam bir neçə saatdan sonra 16 kalibrli “Bekas-3” markalı odlu silahı götürərək geri qayıdıb.

Dava tədricən metronun foyesinə keçib. Kişilər dalaşıblar və silahdan atəş açılıb. Atəş nəticəsində güllə tavana dəyib. Kamran metronun təhlükəsizlik işçiləri və narahat olan sərnişinlər tərəfindən saxlanılıb. Silah götürülüb. Yaşlı xuliqanla bağlı cinayət işi başlanıb.

Saxlanılan şəxsin Azərbaycan vətəndaşı olduğu, uzun müddət mühafizəçi işlədiyi və bunun sayəsində silah icazəsi aldığı məlum olub. O, polisə deyib ki, sadəcə olaraq rəqibini qorxutmaq istəyib, ona görə də atəş açıb.