“Meta” korporasiyası Malayziyanın Baş naziri Ənvər İbrahimin feysbuk və instaqram sosial şəbəkələrindəki HƏMAS-ın Siyasi Bürosunun üzvü İsmayıl Haniyənin ölümünə həsr olunmuş yazılarını sildiyinə görə üzr istəyib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Biz Malayziyanın Baş nazirinin feysbuk və instaqram səhifələrindən məzmunun silinməsi ilə nəticələnən əməliyyat xətasına görə üzr istəyirik”, - şirkət sözçüsü bildirib. O, postların bərpa olunduğunu əlavə edib.