“Mercedes”in zavoduna silahlı hücum edildi: ÖLƏNLƏR VAR

Almaniyanın Ştutqart şəhərindən (Baden-Vürtemberq) 15 kilometr aralıda yerləşən Sindelfingendəki "Mercedes-Benz" zavoduna silahlı hücum olub.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, region polisinin sözçüsü bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb.

"Atəş açan şəxs saxlanılıb. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur", - o qeyd edib.

Logistika firmasının əməkdaşı olan 53 yaşlı şübhəli dindirilir. Ölənlərin hər ikisi 44 yaşında olub. Məlumata görə, hücum edən şəxs fabrik işçiləri tərəfindən zərərsizləşdirilib. O, polis gələnə qədər saxlanılıb.