Mayk Taysonun "dişlənmiş qulaq" şəklində çətənəli konfetləri satış rekordu qırır

Keçmiş peşəkar boksçu Mayk Taysonun marixuana həvəskarı olduğu heç kimə sirr deyil.

Stopnarkotik.az xəbər verir ki, keçmiş çempion “Mike Bites” adlı uğurlu boks karyerasına  eyham vuran işarənin, uəni dişlənmiş qulağın təsvir olunduğu xüsusi məhsul satır. Məhsulun tərkibində çətənə var. Boks tarixində ən yaddaqalan yarışlardan biri Taysonun 1997-ci ildə rəqibi Evander Holifildlə döyüşdür. Həmin boks matçında Tayson rəqibinin qulağının bir parçasını dişləmişdi.

Bütün sosial mediada yeməli “Mike Bites” məhsullarınin fotoşəkillərinin peyda olması sübut etdi ki, məhsul markası artıq uğur qazanıb. Demək olar ki, hər kəs bilir ki, dişlənmiş qulağı Tayson ilə xatırlanır. Kemiş boksçunun marixuana şirkəti Kaliforniyadakı 100-dən çox dispanserə satır.

Dişlənmiş qulaq boksçuya çox baha başa gəlib. Bəlkə də yeməli olan “dişlənmiş qulaq” fəndi ilə Tayson bir ildən çox boks lisenziyasına qadağa qoyulduğuna görə itirdiyi pulları və məhkəmələrə xərclədiyi 3 milyon dolları kompensasiya etmək istəyir.

Stopnarkotik.az