Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Cəlilabad rayon sakinləri R.Rəhimov, F.Mirzəcanov, T.Rəhimov və S.Məmmədovun qanunsuz olaraq ov etdikləri müəyyən edilib.
Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri, ov zamanı istifadə olunan müxtəlif alət və avadanlıqlar, o cümlədən qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Fakt üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.