Marixuana görməni necə korlaşdırıb hallüsinasiya yaradır - ARAŞDIRMA

Dünya ictimaiyyətinin çətənəyə münasibəti çoxdan ölü nöqtədən tərpənib: bir sıra inkişaf etmiş ölkə çətənənin hüquqi tənzimlənməsi ilə bağlı əsas mərhələni keçib, elm adamları və həkimlərsə marixuananın sirrini tam açmağa çalışırlar. Onlar marixuananın təsirinə müxətlif prizmalardan baxmağa çalışırlar.

Stopnarkoptik.az xəbər verir ki, araşdırma işlərində alimləri çətənənin psixi pozğunluqlarla əlaqəsi ilə yanaşı başqa nüanslar da maraqlandırır. Məsələn, marixuana görmə qabiliyyətinə necə təsir edir? Birincisi, qeyd etmək lazımdır ki, məsələ iki bucaqdan nəzərdən keçirilə bilər: vizual funksiyalara birbaşa təsir və bu prosesin subyektiv hissiyatı. Gəlin birinciyə baxaq.

1990-cı illərdə bir farmakoloq Yamaykada gecə balıq tutarkən qəribə bir şey müşahidə edir. Qayıqda üzən yerli sakinlər çoxlu qayalıqlar arasında çətin səyahət etmələrinə baxmayaraq, marixuana çəkirdilər. Üstəlik, balıqçıların nə kompası, nə də fənərləri var idi. Amma bu səfər də daxil olmaqla, hər səfər xoşbəxt başa çatırdı.

1991-ci ildə bu farmakoloq “Nature” jurnalında marixuana çəkmənin gecə görmə qabiliyyətinə yaxşı təsir etməsilə bağlı məqalə dərc etdirdi: o, ələlxüsus balıqçıların maksimum effekt əldə etmək üçün 30 dəqiqə gözlədiklərini, sonra isə üzməyə getdiklərini vurğuladı. Ancaq məqalənin efekti yalnız təsviri oldu.

30 ildən sonra eyni jurnalda suallara cavab ola biləcək başqa məqalə çıxdı. Məqalə 31 könüllünün iştirak etdiyi təcrübəni yayınladı. Təcrübədə ömür 5 dəfədən çox narkotik istifadə etmiş iştirakçıların asılılıq, görmənin düzəlməsi, oftolmoloji xəstəliklərə təsir araşdırıldı. Nəticə olaraq aşkarlandı ki, marixuana görmə qabiliyyətinə mənfi təsir göstərir. Kəskinlik testi (hərf cədvəli), obyektlərin tanınması görmənin zəif sapmasını nümayiş etdirdi. Lakin daha "dəhşətli" nəticələr xroniki narkotik istifadəçilərinə görmə kəskinliyinin düzəlməz çatışmazlığı diaqnozu qoyulduqda əldə edildi.

Kontrast həssaslığı (parlaqlıq/çalar), stereopsis (üçölçülü təsviri/təxmini məsafəni görməyə imkan verən), yerini təyin etmə (fokuslanma, obyektlərin dəqiqliyi) və skotopik görmədə (zəif işıqda görmə) pis tərəfə dəyişiklik oldu. Sonuncu məqam Yamaykaya səfər etmiş farmakoloqun fərziyyəsini şübhə altına alır.

Və bütün bunlar nə deməkdir? Marixuana çəkmək görmə funksiyalarında qısa müddətli sapmalara səbəb ola bilər. Lakin bunun qalcılığı tam öyrənilməyib.

Marixuananın psixotrop olub-olmaması ilə bağlı mübahisələr onilliklərdir ki, davam edir. İstifadəçilər tez-tez bildirirlər ki, bitki hələ də bir neçə dəqiqə ərzində eyni serotonergik maddələrlə (məsələn, LSD və ya psilosibin) rəqabət apara bilir. Məsələn, vizual təhrifləri və ətraf aləmin dəyişmiş qavrayışını nəzərə alsaq. Bəs bu təsirlər necə formalaşır?

Burada görmə orqanının özü tədricən arxa plana keçir. Sadə dillə desək, marixuananın törətdiyi vizual effektlərin əksəriyyəti (obyektivə, tor qişaya və s. birbaşa təsirləri istisna etsək) beyin funksiyasının dəyişməsinin təzahürləridir ki, bu da artıq daha yaxşı öyrənilmişdir. Həmçinin heç kimə sirr deyil ki, endokannabinoid sistemi (ECS) orqanizmdə, o cümlədən tor qişa və ilkin vizual korteks də daxil olmaqla, anatomik bölgədə mövcuddur.

Beləliklə, marixuana istifadəçilərinin böyük əksəriyyətinin yaşadıqlarına istinadla bildirirlər ki, onlarda vizual modallıq (parlaqlıq və/və ya rəng gamması) artır. Bir müddət hər şey daha parlaq olur və səhnələr, naxışlar və obyektlər daha dərin, dəqiq və hətta xırdalıqlara qərə ətraflı görünür. Bunun üçün bir neçə mexanizm "günahkardır": torlu qişada ECS komponentlərinin rolu ilə təsdiqlənən fototransduksiya (işıq siqnalının çevrilməsi) prosesində dəyişiklik və çətənənin görmə traktının funksiyalarına təsiri. (yenə beyinə qayıdırıq), bu da fərqli qavrayışa gətirib çıxarır.

Stopnarkotik.az