MAKRONUN YENİ BAŞ NAZİRİ: Həmcinsi ilə evlənən Qabriel Attal KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron Qabriel Attalı Fransanın baş naziri təyin edib.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, Attal bununla da Fransa tarixində açıq şəkildə cinsi azlıq nümayəndəsi olan ilk baş nazir olub.

Belə ki, Q.Attal öz həmcinsi və makronçu Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nigahında yaşayır.

Q.Attal haqqında mediada yayılan məlumatlar birmənalı deyil. Araşdırmalar göstərir ki, 34 yaşlı Q.Attal Makronun yaxın tərəfdaşıdır. Hələ 2016-cı ildən Makronla yaxın əlaqədə olan Q. Attal 2017-ci ildə Makronun seçki kampaniyasında da fəal iştirak edib və Makronun prezident seçilməsində ən yaxın dəstəyi göstərib. Sonradan yaxın “dostu” da bu dəstəyi əvəzsiz qoymayıb.

Makron prezident seçiləndən sonra “dost”unu mükafatlandırıb. Mükafat isə parlamentə üzv seçilmək olub. 2020-ci ilə kimi bu vəzifədə qalan Q. Attal 2020-ci ildə hökümətin sözçüsü təyin olunub. Bu vəzifədə də 2 il qaldıqdan sonra göstərdiyi “xidmətlər”ə görə “dostu” Makron onu təhsil naziri təyin edib.

Nəhayət, Makron Q.Attalı özündən sonra ən yüksək vəzifəyə - baş nazir vəzifəsinə təyin edib. Sanki Q.Attalı elə vəzifəyə təyin edib ki gözünün önündə olsun.

Qeyd edək ki, Q. Attal Makronun özü və digər silahdaşları kimi qatı ermənipərəstdir. Daim erməni lobbisi ilə sıx əməkdaşlıq edir və onlar tərəfindən yüksək dəstək alır. Həmçinin Q.Attal İslamafob açıqlamaları və davranışları ilə də məşhurdur.

Cinsi azlıq nümayəndəsi olan, öz həmcinsi ilə evlənən Qabriel Attalın Makronla belə yaxın əlaqələrinin olması, vəzifə pilləsində belə sürətlə və ən yüksək vəzifəyə kimi irəliləməsi də elə Makronun əsl xarakterindən, əqidəsindən və orientasiyasından xəbər verir.