Makron Rusiyanı məğlub edəcəyinə inanır - Peskov

Fransa Prezidenti Emmanuel Makron ölkəsini getdikcə daha çox Ukraynada hərbi əməliyyatlara sürükləyir ki, bu da onun xalqının maraqlarına qətiyyən uyğun gəlmir.

Stopnarkotik.az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Cənab Makron ölkəmizi strateji məğlubiyyətə uğratmaq xəttinə əmindir. O, Fransanın bu müharibədə birbaşa iştirak səviyyəsini artırmaqda davam edir. Bizim nöqteyi-nəzərimizdən bu, heç bir halda fransızların maraqlarına uyğun gəlmir", - Peskov bildirib.