Lukaşenkonun cangüdəni müəmmalı şəkildə öldü

Belarus Prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik xidmətinin əməkdaşı müəmmalı şəkildə ölüb. 

Bu barədə Rusiya teleqram kanalları məlumat yayıblar.

Xəbərdə iddia edilir ki, Lukaşenkonun cangüdəninin ölümü Belarus Prezidentinin yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı onu müşayiət edərkən zəhərlənməsi nəticəsində baş verib.

Qeyd olunur ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. Məlumata görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir: “Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası məlum deyil”.