Lukaşenko: Krım icarəyə veriləcəkdi, amma...

Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, Rusiya ilə Ukrayna Belarusda Krımın icarəyə verilməsi ilə bağlı razılığa gəlmək istəyiblər. Stopnarkotik.az xəbər verir ki, uzun söhbətdən sonra Zelenski Rusiya tərəfi ilə Belarus ərazisində danışıqlar aparmağa razılaşıb. Sonradan bu danışıqlar İstanbula köçürülüb, çünki Qərb bunda israr edib.

“Putin mənə nümayəndə heyətləri tərəfindən sənəd verdi. Sənəddə Krımın bir növ uzunmüddətli icarəsi var idi, hətta Donbassda, şərqdə də bu nəzərdə tutulmuşdu... O vaxt olsaydı bu normal müqavilə olardı. Amma indi bu, artıq mümkün deyil. İndi Krım Konstitusiyaya görə artıq Rusiyanın ərazisidir. Amma o zaman normal layihə var idi və razılaşma da var idi ki, Xarici İşlər Nazirlikləri sənədi tərtib etsin, sonra dövlət başçıları qərar versin, imzalasın və s. Bu, yaxşı proses idi, lakin onlar bundan imtina etdilər”, deyə Aleksandr Lukaşenko bildirib.

Stopnarkotik.az